Yunanıstan şəhərlərində minlərlə müəllim küçələrə axışaraq etiraz edib.
Bizim.Media xəbər verir ki, etirazçı pedaqoqlar Afinada parlamentə gedən yolu da bağlayıblar.
Nümayişçilərin özünün kifayət qədər sakit aparmasına baxmayaraq polis mitinqi qəddar qarşılayıb. Belə ki, əliyalın etirazçılar dəyənəklə döyülüb.
Kütləvi etirazlara səbəb icbari attestasiya ilə bağlı qanundur. Belə ki, Yunanıstan hökuməti müəllimlik fəaliyyətlərini mütəmadi qiymətləndirmək istəyir. Pedaqoqlar da imtahan verməlidirlər. Bununla razılaşmayan müəllimlərə işləmək olmaz.
Videonu təqdim edirik:
Bizim.Media