Türkiyədə polisə sərnişin təyyarəsinə bomba qoyulması haqqda məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu səbəbdən Trabzon hava limanındakı sərnişinlər təxliyə olunub.
Hazırda təyyarədə bomba zərərsizləşdirmə mütəxəssis qrupu axtarış aparır.
Qeyd edək ki, sözügedən təyyarənin Küveyt Hava Yollarına məxsus olduğu deyilir.
Oral Mədənçi, Bizim.Media
