Bundan sonra texnologiya insandan HALALLIQ ALACAQ – Süni İntellekt də “İMANA GƏLİR?"

Müsəlmanlar süni intellektə də “Halal” etiketi vurmağı bacardılar. Səudiyyə Ərəbistanı çatbot sahəsində yenilik edərək İslam dəyərlərinə və dini prinsiplərə əsaslanan “Halal çatbot” hazırladığını elan edib. Ərəbdilli və İslami qaydalara uyğun şəkildə dizayn edilən bu çatbotun məqsədi istifadəçilərə dini suallarda düzgün və etibarlı cavablar vermək, eyni zamanda etik və əxlaqi sərhədləri qorumaqdır. 

Maraqlıdır ki, texnologiya müstəvisində “halallıq” anlayışını necə həyata keçirmək mümkün olacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan İlahiyyatçı Fazil Əhməd bildirdi ki, bu çatbotun halallığı əsasən məzmun və məqsəd baxımından ölçüləcək: 

“Artıq bu çatbotda hər sualı vermək mümkün olmayacaq, qırmızı xətt gözləniləcək. Sırf İslam prinsiplərinə uyğun suallar verilə bilər, bu qırmızı xətti keçən suallar güman ki cavablandırılmayacaq. Digər süni intellekt növlərindən fərqli olaraq burada istənilən mövzulara toxunulmayacaq”, - deyə o, diqqətə çatdırdı.  

Qeyd edək ki, çatbotda həmçinin  gündəlik ibadətlər, halal-haram məsələləri və etik davranışlarla bağlı yönləndirmələr də özünü göstərəcək. Belə ehtimal edilir ki, rəsmi dini qurumlar və üləmalar prosesə nəzarət edəcək, istifadə edilən məlumatlar onların senzurasından keçəcək. 

Texnologiya insandan halallıq alacaq

Bundan başqa, texnoloji “halallıq” da gözlənilir, yəni çatbot şəxsi məlumatları toplayarkən, hansı məqsədlə istifadə etməsi ilə bağlı istifadəçini məlumatlandıracaq. Başqa sözlə, ondan halallıq alacaq. Amma ərəbdilli çatbot bütün müsəlman ölkələrində istifadə oluna biləcəkmi? Bu tərəddüdlü məsələdir: nəzəri cəhətdən mümkün olsa da, hər ölkənin də (təriqətlərə görə) müəyyən tələbləri ola və fikir ayrılığı yarada bilər. 

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

End of content

No more pages to load

RADİO