Avropa üçün HƏYƏCAN TƏBİLİ – Böhran dərinləşir, Aİ-nin dağılması QAÇILMAZDIR

Macarıstanla Avropa İttifaqı (Aİ) arasında gərginlik hələ də davam edir və bu özünü müxtəlif sahələrdə göstərir.

Belə ki, Macarıstanın baş naziri Viktor Orban bu dəfə ölkəsində avronun milli valyuta kimi tətbiqinə qarşı çıxıb. 

Orban ardınca daha sensasion açıqlama verərək, Avropa İttifaqının “dağılmaqda olduğunu” bildirib. O, Macarıstanın Aİ-dən asılılığını azaltmalı olduğunu diqqətə çatdırıb. 

“Macarıstan öz taleyini Avropa İttifaqı ilə hazırkından daha sıx bağlamamalıdır. Avroya keçid bu istiqamətdə atıla biləcək ən sıx addım olardı”, — deyə Orban qeyd edib.

Macar baş nazirinin dediyinə görə, Avropa İttifaqı hazırda dərin böhran yaşayır və radikal dəyişikliklər baş verməsə, “bu proses davam edəcək və Aİ keçmişdə qalacaq”.
 

Qeyd edək ki, Budapeşt Ukrayna müharibəsi başlayandan üzü bəri tez-tez Brüssel üçün başağrısı olmağa başlayıb. Orban Ukraynaya Aİ-nin verdiyi dəstəyə, Rusiyaya qarşı sanksiya tətbiqinə belə dəfələrlə qarşı çıxıb.


Görünən odur ki, Macarıstan hökumətilə Aİ arasında münasibətlər daha da gərginləşməyə doğru gedir. Bu fonda isə Orban Aİ-nin yaxın zamanlarda dağılacağını da proqnozlaşdırıb. 

Görəsən Orbanın proqnozu özünü doğruldacaq?  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə hazırda Aİ-nin dərin böhran vəziyyətində olduğunu desə də, qurumun parçalana bilməsi ehtimalını o qədər də inandırıcı saymır: 

“Əslində Avropa İttifaqı daxilində bir çox problemlər var. Fransada vəziyyət ağırlaşıb. Burada yaşanan siyasi böhran onu zəiflədir. Bu da Aİ-nin inkişafına istər-istəməz mənfi təsir göstərir.

 Aİ bir çox məsələlərdə oyun oynayır və üzvlərə münasibətdə bəzən təzyiq alətlərindən istifadə edir. 

Macarıstan isə təşkilata təzyiq altında üzv olmaq istəmir. Ona görə də Orban ən azından ölkəsinin Aİ-nin maliyyə sisteminə inteqrasiya olunmasının qarşısını almaq istəyir. Çünki belə bir sistem onların inkişafına maneə yaradacaq. Ona görə də özlərini qorumağa çalışırlar”.

Rüfət Sultan, Bizim.Media  


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

End of content

No more pages to load

RADİO