Ərdoğan Suriyadakı proseslər HAQDA: “Əl Şaraa bu çətinliklərin də öhdəsindən gələcək”

Türkiyə regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər görür.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Suriyadakı proseslərə diqqət yönəldərək qeyd edib ki, qonşu ölkənin ərazi bütövlüyü məsələsi Ankaranın regional siyasətində əsas yer tutur.

“Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin belə inkişafına imkan verməyəcəyik”, – deyə dövlət başçısı bildirib və vurğulayıb ki, “sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.

Ərdoğan Suriya xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edib. Türkiyə prezidenti bu gün Suriyanın keçid dövrünün lideri Əhməd Əl Şaraa ilə telefon danışığı apardığını da bildirib.

“Biz Suriyada qan tökülməsinin dayandırılması istiqamətində atılacaq addımları müzakirə etdik. Əminəm ki, Suriya Əl Şaraa kimi güclü liderin rəhbərliyi altında bu çətinliklərin də öhdəsindən gələcək”, – deyə Türkiyə Prezidenti bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə heç bir ölkəyə düşmən münasibət bəsləmir və digər dövlətlərin hüquq və suverenliyini pozmaq niyyətində deyil.

“Yeganə arzumuz regionda sakitlikdir”, – deyə Ərdoğan bildirib və Ankaranın bundan sonra da bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

Məleykə Abbaszadədən təsirli paylaşım - FOTO

Məleykə Abbaszadədən təsirli paylaşım - FOTO

Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi

Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi

Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Azərbaycan–Özbəkistan münasibətlərində YENİ DÖVR - 13 sənədlə rəsmiləşən STRATEJİ XƏTT

Azərbaycan–Özbəkistan münasibətlərində YENİ DÖVR - 13 sənədlə rəsmiləşən STRATEJİ XƏTT

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Medvedev: “Zelenskini də Saakaşvilinin aqibəti gözləyir”

Medvedev: “Zelenskini də Saakaşvilinin aqibəti gözləyir”

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

Tofiq Bakıxanov son mənzilə yola salındı – FOTO

Tofiq Bakıxanov son mənzilə yola salındı – FOTO

Tovuzda AİLƏ FACİƏSİ – Ər 20 yaşlı arvadını bıçaqladı

Tovuzda AİLƏ FACİƏSİ – Ər 20 yaşlı arvadını bıçaqladı

Anasının gözləri qarşısında maşın vurub öldürdü – Video

Anasının gözləri qarşısında maşın vurub öldürdü – Video

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ – FOTO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ – FOTO

Rasim Balayevin qəbirüstü abidəsi belə olacaq

Rasim Balayevin qəbirüstü abidəsi belə olacaq

Hava kəskin dəyişir – Güclü külək, leysan...

Hava kəskin dəyişir – Güclü külək, leysan...

Çində Tesla HƏYƏCANI - Azərbaycanda vəziyyət necədir?- Şirkət rəhbərindən AÇIQLAMA - ÖZƏL

Çində Tesla HƏYƏCANI - Azərbaycanda vəziyyət necədir?- Şirkət rəhbərindən AÇIQLAMA - ÖZƏL

Rusiyanın yeni səfərbərliyə hazırlaşmasına Kremldən REAKSİYA

Rusiyanın yeni səfərbərliyə hazırlaşmasına Kremldən REAKSİYA

Natəvan Həsənova yüksək vəzifəyə təyin olundu – FOTO

Natəvan Həsənova yüksək vəzifəyə təyin olundu – FOTO

Səhər saatlarında saxlanılan Köçəryan xəstəxanaya yerləşdirildi – VİDEO

Səhər saatlarında saxlanılan Köçəryan xəstəxanaya yerləşdirildi – VİDEO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Yevlax-Bərdə yolunda avtomobil YANIR – VİDEO

Yevlax-Bərdə yolunda avtomobil YANIR – VİDEO

Məleykə Abbaszadədən universitetlərə qəbulla bağlı AÇIQLAMA

Məleykə Abbaszadədən universitetlərə qəbulla bağlı AÇIQLAMA

Azərbaycanda hansı universitetlər tələbələrə əlavə təqaüd verir? – SORĞU

Azərbaycanda hansı universitetlər tələbələrə əlavə təqaüd verir? – SORĞU

Sloveniyada işləmək istəyənlərə yeni imkan- 200-dən çox vakansiya

Sloveniyada işləmək istəyənlərə yeni imkan- 200-dən çox vakansiya

Zədələnmiş pulu harada dəyişmək olar?

Zədələnmiş pulu harada dəyişmək olar?

End of content

No more pages to load

RADİO