Pakistanın Hayber-Patunhva əyalətinin Haripur şəhərində torpaq sürüşməsi baş verib.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, təbiət hadisəsi Xanpur qəsəbəsində qeydə alınıb.
Sürüşmə nəticəsində çökən xırdalama zavodunda çox sayda insan və çox sayda texnika dağıntılar altında qalıb. Müəssisənin üzərinə düşən nəhəng qayalar tikinti texnikasına ziyan vurub.
Bölgədə sakinlərin sözlərinə görə, zavodda 200-250 nəfər çalışıb. Bu ana kimi yalnız 3 nəfərin cəsədi tapılıb.
Bizim.Media