Türkiyənin İzmir şəhərinin Buca rayonunda xəstəxanalara müraciət edən çox sayda sakinə zəhərlənmə diaqnozu qoyulub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Anadolu” agentliyi yayıb.
Mənbə yazır ki, zəhərlənənlərin əksəriyyəti uşaqlar və körpələr olub. Sudan pis dad və qoxu gəldiyini deyən xəstələr ürəkbulanma və başgicəllənmədən şikayət ediblər.
"Beş uşağım küçənin ortasında huşunu itirdi. Xəstəxanaya gəldik, amma yer yox idi”, deyə uşaqlarını xəstəxanaya gətirən bir valideyn vurğulayıb.
Həkimlərin sözlərinə görə, hələ 5 gün uşaqlar bu vəziyyətdə olacaq.
Bizim.Media