Tramp gözlənilən qərarı verməyə HAZIRLAŞIR – İranın iki gün vaxtı qaldı...

ABŞ-ın İrana hücum planının hazır olduğu və Prezident Trampın yekun əmrini gözlədikləri bildirilir.  Eyni zamanda, Donald Trampın İsrailin İrana qarşı apardığı hücum əməliyyatlarına qoşulma barədə ciddi düşündüyü barədə də məlumatlar yayılıb. Bununla bağlı hərbi plan  da prezident Trampa təqdim edilib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bu barədə məlumat verib.

Yekun qərarın hələ verilməməsi isə Trampın hücum əmri verməkdə tərəddüd etməsi ilə əlaqələndirilir. Belə ki, bəzi ekspertlər, İrana hücum edəcəyi təqdirdə ABŞ-ın İraq və Əfqanıstandakından daha pis aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. 

Görəsən, yaranmış vəziyyətdə Tramp hansı addımı atacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siysi ekspert Abutalıb Səmədov bildirir ki, mövcud şəraitdə Trampın İranın uranın zənginləşdirilməsi obyektlərinə havadan zərbələr endirməkdən başqa çıxış yolu qalmır:
 

“ABŞ Prezidenti ortaya qəti mövqe qoyub. Ya İran onun təklif etdiyi planı qəbul edəcək, ya da bu ölkəyə zərbələr endiriləcək. Burada Trampın geri çəkilməyə yeri yoxdur. Geri çəkilsə, onun nüfuzuna ağır zərbə dəyəcək. ABŞ Prezidenti təklif edir ki, İran üçün tələb olunan uran ölkə daxilində zənginləşdirilməsin. Söhbət atom elektrik stansiyalarında istifadə olunan 3,7 faizlik urandan gedir.


İran uranı xaricdən almalıdır. Bu vəziyyətdən çıxmaq üçün ən düzgün təklifdir. İranda hazırda 60 faizlik zənginləşdirilmiş 408 kq. uran var. Hansı ki, o İrana lazım deyil. Çünki dinc məqsədlər üçün maksimum 20 faiz zənginləşdirilməlidir. 60 faizlik zənginləşdirilmiş uran da ölkədən çıxarılmalıdır.

Xamenei isə güzəştə getmək istəmir, İran üçün xas olan hərbə-zorbalar səsləndirir. Bu şəraitdə Trampın da geri çəkilməyə yeri yoxdur”.

İran təklifi qəbul etməsə...

Həmsöhbətimiz düşünür ki, yaxın iki gündə tərəflər arasında danışıqlar aparılmasa, böyük ehtimalla ABŞ İrana ağır zərbələr vuracaq:

“Qum şəhəri yaxınlığındakı Fordo adlanan yerdəki uran zənginləşdirən obyektləri yalnız ABŞ-ın malik olduğu bombalarla vurmaq olar. Həmin müəssisəni dağıtmaq əsas hədəf kimi qoyulub”.

A. Səmədov zənn etmir ki, ABŞ-ın İrana bu müdaxiləsi İraq və Əfqanıstandakı hadisələrin təkrarı olsun:

“Burada heç bir bənzərlik də yoxdur. ABŞ İrana qoşun yeritməyəcək, yalnız havadan bombardmanlar həyata keçirəcək. Tramp da həmin addımı atmaqda qərarlıdır. İran təklif olunan təklifi qəbul etməsə, ABŞ planlaşdırdığı zərbələri endirəcək”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

End of content

No more pages to load

RADİO