İranda ÜSYAN ÇAĞIRIŞLARI – Pəhləvilər yenidən hakimiyyətə QAYIDIR?

Son günlərdə İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin siyasi cəhətdən fəallaşması müşahidə olunur.

Pəhləvilərin oyanışı

Məlum olduğu kimi, hazırda gedən İran İsrail münaqişəsi fonunda isə hətta molla rejiminin devrilməsi məsələsi də gündəmə gəlib. Bundan istifadə etməyə çalışan Rza Pəhləvi videomüraciət yayaraq bildirib ki, İranda hakimiyyət dəyişikliyi üçün imkan yaranıb:

“İslam Respublikası sona çatdı və süqut etməkdədir. Bu kabusa əbədi olaraq son qoymaq üçün yalnız milli üsyan lazımdır. İndi ayağa qalxmaq, İranı qazanmaq vaxtıdır. İslam respublikasının süqutundan sonrakı proses sizi narahat etməsin. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək”.

Görünən qədərilə, bir sıra dairələr Pəhləvi şahzadəsi Rza Pəhləvinin aktivləşməsində maraqlıdırlar. Onun verdiyi son açıqlamalar da belə qənaətə gəlməyə əsas verir ki, müəyyən dairələr məhz Pəhləvini hakimiyyətə gətirmək planları qururlar.

Görəsən, Pəhləvilərin İranda hakimiyyətə qayıdışı nə dərəcədə realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmləri doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, Rza Pəhləvinin hakimiyyət şansları hazırkı şərtlər daxilində sıfıra bərabərdir:

“Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi son illərdə xüsusi aktivliyilə diqqəti cəlb edir. 2022-ci ildə İranda hakimiyyət əleyhinə kütləvi etirazlar baş verən zamanda Rza Pəhləvi hakimiyyətə qayıtmaq iddialarını açıq şəkildə nümayiş etdirirdi. Bu da ondan xəbər verir ki, onun bu istiqamətdə müəyyən ümidləri var. Görünür, müəyyən dairələr onun hakimiyyətə gətirilməsi barədə müzakirələr də aparır. Bu baxımdan da o, aktivlik nümayiş etdirir. Rza Pəhləvi hətta xalqı üsyana çağırır”.

Həmsöhbətimiz qeyd edir ki, bu günki reallıqlar şəraitində iki suala cavab verilməlidir:

“İranda rejim dəyişikliyinin baş verməsi bu gün real görünürmü? Son illər rejimə qarşı kütləvi etirazlar təşkil olunsa da, bu sahədə dəyişiklik olmayıb. İndi isə vəziyyət tam fərqlidir. İran hərbi qarşıdurma vəziyyətindədir. Vaşinqton və Təl-Əviv artıq açıq şəkildə məqsədlərinin həm də İrandakı rejimi dəyişdirmək olduğunu göstərirlər. Bu məsələ də getdikcə aktuallaşır”.

E. Mirbəşiroğlu hesab edir ki, hələlik İranda rejim dəyişikliyi barədə danışmaq tezdir:

“Burada başqa amilləri də nəzərə almalıyıq. İsrail başqa dövlətlər tərəfindən ciddi şəkildə dəstəklənərsə, bu halda Rusiya, Çin, Pakistan İrana daha əsaslı dəstək verəcək. Onlar İranda rejim dəyişikliyini istəmir. Burada ABŞ və İsrail yeganə həlledici amil deyil. Açıqladığım ölkələr və Türkiyə də həlledici amildir. O baxımdan da rejim dəyişikliyilə bağlı hələlik əminliklə danışa bilmirik”.

Professor həmçinin Rza Pəhləvinin İran cəmiyyətində ciddi nüfuza sahib olmadığı qənaətindədir:

“Çünki onlar vaxtilə İran xalqının iradəsilə devrilmiş rejimdir. Bu səbəbdən İran xalqı Pəhləviyə dəstək olmayacaq. Kənardan müdaxilə hesabına cəmiyyətə kiminsə dövlət başçısı kimi qəbul etdiriləcəyi inandırıcı görünmür. Bu səbəbdən Rza Pəhləvinin hakimiyyət şansları hazırkı şərtlər daxilində inandırıcı deyil”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

End of content

No more pages to load

RADİO