İranda yəhudilər evlərindən bayıra çıxmır – Müharibənin girovuna çevriliblər - FOTO

İsrail və İran arasında hərbi qarşıdurma fonunda İslam Respublikasında yaşayan təqribən 15 min nəfərlik yəhudi icması zorakılıq qorxusu ilə demək olar ki, bütün ictimai fəaliyyətini dayandırıb. İnsanlar evlərini tərk etmir, sinaqoqlara getməkdən çəkinirlər.

Bizim.Media xəbər verir ki, İsrailin İranın hərbi infrastrukturuna qarşı hücumlara başlamasından sonra, ölkədəki yəhudilər dərin ekzistensial qorxu içindədir. Məlumata görə, icma üzvləri işə getmir, ictimai yerlərdən uzaq dururlar. Onlar açıq şəkildə görünməkdən, küçələrdə gəzməkdən belə çəkinirlər.

Əsas qorxu dövlət deyil, küçə ədaləti qorxusudur. Yəni qəzəblənmiş vətəndaşların mümkün qisas aktlarından ehtiyat edirlər. İnsanlar düşünür ki, bəziləri İsrailin hərəkətlərinə görə ölkə daxilindəki yəhudilərdən intiqam almaq istəyə bilər.

İcmalar harada yaşayır?

İran yəhudiləri əsasən Tehran, Şiraz və İsfahan şəhərlərində cəmləşib və bu şəhərlərin hamısı İsrailin hava hücumlarının hədəfi olub. Həmədan şəhərində, yəhudi ənənəsinə görə, Mordexay və kraliça Esterin məzarları yerləşir. Burada da dəfələrlə hava hücumları qeydə alınıb. Amma orada artıq cəmi bir neçə yəhudi ailəsi qalıb.

İran yəhudi icması dünyada ən qədimlərdəndir. Əfsanəyə görə, yəhudilər Birinici Məbədin dağıdılmasından sonra Persiyaya (İrana) köç ediblər. 1979-cu il İslam İnqilabına qədər ölkədə təqribən 80 min yəhudi yaşayırdı. Ayatollar hakimiyyətə gələndən sonra onların əksəriyyəti İsrailə və ABŞ-a mühacirət edib.

Rejimə sədaqət nümayişi və qorxu

Müharibə fonunda İranda qalan yəhudilər rejimə sədaqət nümayiş etdirmək üçün İsraili açıq şəkildə ictimai şəkildə pisləməyə məcbur olublar. “Am Kalavi” əməliyyatının ilk günlərində icmanın rəsmi nümayəndələri İsrailə qarşı 2 dəfə bəyanat verib. Bu, açıq şəkildə mümkün ittihamlardan yayınmaq üçün edilib.

İran parlamentində yəhudi icmasını təmsil edən deputat Homayun Şamim bəyan edib: “İsrail hərbi cinayətə yol verir, bu insanlığa qarşı cinayətdir. İran yəhudiləri İran xalqının ayrılmaz hissəsidir. Həlak olanların ailələrinə başsağlığı verirəm.”

Digər tanınmış yəhudi dini lider Yunus Hamami Lala Zər isə İsraili tənqid edərək peyğəmbər İsadan sitat gətirib: “Vay olsun zalıma, çünki onun əlləri kəsiləcək.”

İctimai fəaliyyətsizlik və qorxu mühiti

Yəhudi icmasının nümayəndələri hər il "Qüds günü" kimi aksiyalarda iştirak edir, Fələstinlə həmrəylik yürüşlərinə qatılırdılar. Bu il də, vəziyyətin ağırlığına baxmayaraq, onlar İsrailin "sionist rejim" kimi pislənməsinə dəstək verdiklərini bəyan ediblər.

Fars dövlət agentliyi, İran parlamentindəki müxtəlif dini azlıqların nümayəndələrinin, o cümlədən yəhudilərin İsrailin "qanunsuz işğalçı hərəkətlərini" pisləyən birgə bəyanatını dərc edib. Bəyanatda bildirilir ki, İran xalqı Ali Lider Ayətullah Xameneiyə sadiqdir və ölkənin cavabı müdrik və qəti olacaq.

Hazırda Tehranda bazarlar bağlıdır, şəhər küçələri boşdur, insanlar qarışıqlıq və təxribatlardan qorxur. Yəhudi icması isə susqunluğa qərq olub: nə ibadət, nə toplaşma, nə də digər ictimai fəaliyyət var.

Nəticə

İran yəhudiləri xarici müharibənin içində qalan günahsız girovlara çevrilib. Onların nə ölkəni tərk etmək, nə də özlərini qorumaq imkanları var. Hazırda edə bildikləri tək şey — evlərində dua etmək və heç kim tərəfindən günahlandırılmamaq ümidi ilə yaşamaqdır. (Haqqin.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

End of content

No more pages to load

RADİO