ABŞ-ın qərarı bəşəriyyəti QORXUYA SALDI – İsrail-İran münaqişəsi dünya müharibəsinə ÇEVRİLİR...

İsraillə İran arasında münaqişəyə ABŞ da cəlb oluna bilər.

Belə ki, "ABC News"a şərhində ABŞ lideri Donald Tramp ABŞ-ın İsrail və İran arasında münaqişəyə müdaxilə edə biləcəyinin anonsunu verib.

“Biz İsrail və İran arasında davam edən münaqişəyə müdaxilə edə bilərik”, - deyə o, Vaşinqtonun hazırda münaqişəyə qarışmadığını vurğulayıb.

Lakin Tramp bunun hansı ssenari üzrə baş verə biləcəyini açıqlamayıb. O, xəbərdarlıq edib ki, İranın Birləşmiş Ştatlara hər hansı bir hücumu ABŞ ordusunun "tam gücünün" İslam Respublikasına "əvvəllər heç vaxt görülməmiş miqyasda" vurulması ilə nəticələnəcək.

Hazırlıqlar başladı

Bu arada İsrailin “i24” agentliyi ABŞ-dakı mənbələrə istinadən məlumat yayıb ki, ABŞ İran-İsrail münaqişəsinə qoşulmaq üçün son hazırlıqları həyata keçirir.

ABŞ Hərbi Hava Qüvvələri böyük sayda yanacaq doldurma təyyarəsini Avropaya yerləşdirib. Bu addımın ABŞ Prezidenti Donald Trampa İran və İsrail arasında kəskinləşən gərginlik fonunda alternativlər təqdim etmək məqsədi daşıdığı bildirilir.

Rəsmilər həmçinin ABŞ-ın “Nimitz” adlı təyyarədaşıyan gəmisinin də öncədən planlaşdırılmış yerləşdirmə çərçivəsində Yaxın Şərqə doğru yola çıxdığını bildiriblər. Gəmi 5000-ə yaxın şəxsi heyət və 60-dan çox hərbi təyyarə daşıma gücünə malikdir.

ABŞ münaqişəyə daxil olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, ABŞ münaqişəyə yalnız İranın İsraillə müharibədə üstünlüyü hiss olunarsa, qoşulacaq:

“Hələlik ABŞ-ın İran İsrail münaqişəsinə birbaşa cəlb olunması real deyil. Düzdür, hər halda ABŞ buna da artıq hazırdır. Onun hərbi dəniz gəmiləri çoxdan hazır vəziyyətdədir. ABŞ-ın sözügedən münaqişəyə cəlb olunması yalnız bir halda baş verə bilər. Yalnız İranın İsrail üzərində üstün gəlməsi fonunda belə bir ehtimalın baş verməsi mümkündür. İsrailin məğlub olduğu görünməyə başlasa, Vaşinqton onu müdafiə etmək üçün özü də İrana zərbələr endirməyə başlayacaq”.

İndiki halda isə həmsöhbətimizə görə, hələlik ABŞ-ın prosesə qoşulması ağlabatan deyil:

“Onsuz da indiki halda belə, İsrailin istifadə etdiyi silahların mühüm hissəsi Amerika silahlarıdır. Habelə ABŞ-ın təyyarə daşıyan gəmiləri Fars və Aralıq dənizində dayanıb. Yəni indiki halda belə Amerikanın İsrailə dəstəyi açıq aydındır. Amma onun birbaşa münaqişəyə qoşulması yuxarıda qeyd etdiyim kimi, İranın üstünlüyü hiss edilərsə, baş verəcək”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

End of content

No more pages to load

RADİO