Moskvada Türkmənistan səfirliyində xidmət edən polis məmurunun cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı REN TV kanalı yayıb.
Mənbə bildirir ki, baş leytenant Ruslan K.Filippovski döngəsi, ev-22-də yerləşən səfirliyin təhlükəsizlik köşkündə intihar edib.
O, 20 iyun səhəri növbətçi komendant tərəfindən aşkarlanıb. Hazırda fövqəladə hallar müəyyənləşdirilir.
"İnterfaks"ın verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlamağa başlayıb.
Bizim.Media