ABŞ-ın kəşfiyyat rəhbərindən nüvə müharibəsi XƏBƏRDARLIĞI – “Milyonlarla insan öləcək” – VİDEO

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard dünya ictimaiyyətinə ciddi xəbərdarlıqla müraciət edərək bildirib ki, bəşəriyyət bu gün nüvə məhvi təhlükəsi ilə üz-üzədir.

Bizim.Media xəbər verir ki, bu barədə Qabbard sosial şəbəkə hesabında paylaşdığı videomüraciətində bildirib.
 

Onun sözlərinə görə, nüvə silahına malik dövlətlər arasında gərginliyin süni şəkildə artırılması dünyanı tamamilə fəlakətə sürükləyə bilər.


Gabbard bildirib ki, ABŞ-ın siyasi elitası və müharibəyə çağıran qüvvələr – istər siyasi, istərsə də media dairələrində – qlobal münaqişənin genişlənməsində əsas məsuliyyət daşıyırlar. Onlar üçün bu gərginlik və qarşıdurma təhlükəsi real deyil, çünki onların bəzilərinin fövqəladə vəziyyətlər üçün bunkerlərə çıxışı var.

"Adi insanlar isə belə imkanlara malik deyil, onların həyatları təhlükə altındadır", – deyə o vurğulayıb.

Tulsi Gabbard nüvə hücumu halında ortaya çıxacaq dəhşətli nəticələri sadalayıb:

Yüz minlərlə, hətta milyonlarla insanın dərhal həlak olması;

Radioaktiv çirklənmə nəticəsində uzunmüddətli xəstəliklər və ölüm halları;

Atmosferdə dəyişikliklərlə müşayiət olunan "nüvə qışı", yəni günəş işığının azalması və temperaturun kəskin düşməsi;

 

Qlobal ərzaq böhranı və aclıq – həm məhsuldarlığın azalması, həm də tədarük zəncirlərinin pozulması səbəbilə.


Gabbardın bu çıxışı xüsusilə ABŞ-Rusiya münasibətlərinin son dərəcə gərgin olduğu bir dövrə təsadüf edir. 2022-ci ildə Rusiya Federasiyasının Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilə ilə başlayan müharibə həm Avropanı, həm də qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkdi.

ABŞ bu münaqişədə Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməkdə davam edir.

Rusiya isə Vaşinqtonun bu addımlarını birbaşa düşmənçilik aktı kimi qiymətləndirir və dəfələrlə xəbərdarlıq edib ki, ABŞ və NATO-nun Ukraynada "qırmızı xətləri" keçməsi halında cavab sərt olacaq. Bu cavablar arasında nüvə imkanlarının gündəmə gətirilməsi də olub.

Ekspertlər bildirirlər ki, Ukrayna müharibəsi artıq sadəcə Rusiya ilə Ukrayna arasında olan lokal münaqişə deyil, əksinə, ABŞ və Rusiya arasında geosiyasi qarşıdurmanın açıq və təhlükəli formasıdır. Bu vəziyyət də Tulsi Qabbardın dediyi kimi, iki nüvə dövləti arasında birbaşa toqquşma riskini artırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

End of content

No more pages to load

RADİO