Kiyevdə axtarışa verilmiş və bir sıra cinayətlərdə əli olan Ermənistan vətəndaşı saxlanılııb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Polis İdarəsi məlumat yayıb. Məlumata görə, "Ded" ləqəbli, 56 yaşlı erməni kriminal avtoriteti tutulub.
Bildirilib ki, 2020-ci ilin iyulunda Kiyev Şəhər Məhkəməsinin qərarı ilə erməni kriminal avtoritetin 15 il ölkəyə girişinə qadağa qoyulub. Ancaq buna baxmayaraq, o, ölkəyə gizli yolla daxil ola bilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

