Vaşinqton müvəqqəti olaraq Kiyevə maddi yardım olunması ilə bağlı qərarı dayandırıb.
Bizim.Media "Politico"ya istinadən xəbər verir ki, qərar Ukraynaya 100 milyon dollar həcmində hərbi yardım paketini özündə ehtiva edirdi.
Yardımın dayandırılması Bayden-Putin görüşündən sonra qərara alınıb. Qeyd olunur ki, Ağ Ev Kiyevə təkcə maliyyə köməyini yox, silahlanma paketini də ləğv edib.
Daha əvvəl Birləşmiş Ştatlar Ukraynaya hava hücumundan mühafizə sistemləri, tankəleyhinə texnologiya və atıcı silahlar yardımını nəzərdə tuturdu.
Cenevrədə 3 saat yarım davam edən Bayden-Putin görüşündən sonra isə ABŞ fikrini dəyişib.
Bizim.Media