Paşinyandan “II Zelenski” hazırlamaq PLANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...

Qərbin MDB məkanındakı dayaqlarından biri Ukraynadırsa, digəri isə heç şübhəsiz Ermənistandır. Paşinyanın son illər yürütdüyü siyasət onun da Rusiyanın qucağından qaçıb, Qərbin qucağına düşmək istəyindən xəbər verir. Qərb son dövrlər Ermənistanı həm də sürətlə silahlandırır. Bu ölkə Rusiyanın əsas rol oynadığı KTMT-də iştirakdan imtina edir. Əvəzində Qərbin təşkil etdiyi hərbi təlimlərə aktiv şəkildə qoşulur. Bir sözlə, görünən odur ki, Qərb Ermənistanı “ukraynalaşdırmaq” planını işə salıb.

Hazırda Zelenskini hansı aqibətin gözlədiyi göz önündədir. Trampın gəlişilə Ukrayna Prezidenti çətin duruma düşüb. Artıq onun iştirakı və razılığı olmadan belə Tramp Ukraynanın taleyini öz istədiyi kimi, həll edir. 

Görəsən, Paşinyan növbəti Zelenski, Ermənistan isə ikinci Ukrayna olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, Qərbin Ukraynadakı geosiyasi eksperimentinin acı nəticələri göz önündədir:

“Ermənistan ABŞ-da demokratların hakimiyyəti dövründə sürətlə plasdarma çevrilirdi. Bu müddətdə Qərb Zelenski və onun ölkəsini özünün geosiyasi rəqibinə qarşı bir platformaya çevirdi. Geosiyasi eksperiment idi, düşünürdülər ki, geosiyasi rəqiblərini zəiflədə biləcəklər. Belədə Ukraynanın resursları və xalqından istifadə etdilər. Bu gün isə geosiyasi eksperimentin acı nəticələri göz önündədir”.

“Eyni davranışı Ermənistanda da müşahidə edirik”

“Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra, Qərb, xüsusən də Fransa ciddi şəkildə İrəvanla iş aparmağa başladı. Ermənistan sistemli şəkildə silahlandırılır, Azərbaycana qarşı əsassız siyasi hücumlar təşkil olunurdu. Onlar Cənubi Qafqazda münaqişə vəziyyətinin aradan qaldırılması faktını qəbul etmək istəmirlər”, deyə müsahibimiz əlavə edib.

Ekspert deyir ki, Ermənistan Qərbin əlində rahat idarə olunan geosiyasi alətdir:

“Paşinyanı da ona görə hakimiyyətə gətirdilər. Zelenski də məhz Rusiyaya qarşı hərbi-siyasi xarakterli aksiyaların həyata keçirilməsi üçün hakimiyyətə gətirilib. Münaqişənin tərəfi Ukrayna deyil. Əsas tərəf Qərb, NATO və Rusiyadır. Ukrayna sadəcə olaraq istifadə olunan meydandır və indi onlar oyundan kənar vəziyyətə salınmaqdadır.

Oxşar proseslər Ermənistanda da müşahidə olunmaqdadır. Paşinyan 2018-ci ildə hakimiyyətə gətirildi. Məqsəd o idi ki, Ermənistan Rusiyanın idarə etdiyi əsas platformalardan uzaqlaşsın. Belədə Qərb Paşinyanın əlilə regionda Rusiyaya qarşı platforma yaratmağa çalışır. Bu da onu göstərir ki, Qərb regionumuzda yenidən gərginlik yaradılmasında maraqlıdır. Paşinyan da Qərbin əlində alət olmağın müqabilində Azərbaycana qarşı da ondan dəstək istəyir. Co Bayden adminstrasiyası da tələsik İrəvanla strateji tərəfdaşlıq sazişi imzaladı”.

Paşinyan Qərbin dəstəyini itirir...

E. Mirbəşiroğlu hesab edir ki, artıq Trampın gəlişilə Paşinyanın Amerika ilə bağlı ümidləri də puça çıxacaq:

“İndi vəziyyət ciddi şəkildə dəyişir. Tramp tamam fərqli baxışlar sərgiləməkdədir. O baxımdan hesab edirəm ki, artıq Paşinyanın Amerika ilə bağlı ümidləri də puça çıxacaq. ABŞ olmadan Avropa ciddi geosiyasi nəticələrə gətirib çıxaracaq addımlar atmayacaq. Düşünürəm ki, dünyadakı vəziyyət sərt şəkildə dəyişib. O baxımdan Paşinyan rejimi də artıq Qərb üçün çox da maraqlı olmayacaq. Belədə isə yaxın dövrlərdə Paşinyan növbəti Zelenski, Ermənistan isə ikinci Ukrayna olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairləri

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairləri

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Mirşahin Qurban Qurbanovdan yazdı

Mirşahin Qurban Qurbanovdan yazdı

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

End of content

No more pages to load

RADİO