MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində iştirak edən  Təhminə Əliyeva müsahibə prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “AzEdu.az”a müsahibə verib.

“Gəncə Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasını bitirmişəm. Bu il ilk dəfə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak etmişəm. Gəncə şəhərində imtahan vermişəm.

İmtahanım uğurlu keçib, 82,5 bal toplamışam. İndi müsahibədən çıxmışam və müsahibədən də, verilən suallardan da razı qalmışam. Ən əsası isə ünsiyyətdən çox razı qaldım.
Müsahibə prosesi tam şəffaf şəkildə həyata keçirildi. Müəllimlərin bizə münasibəti də çox rahatladıcı və müsbət oldu. Gülərüz və nəzakətli münasibət göstərdilər.

Təbii ki, müəyyən qədər həyəcan var idi, amma komissiyanın münasibəti bu həyəcanı azaltmağa kömək etdi.Suallar əsasən ixtisasımızla bağlı idi. Həmçinin dərslər zamanı rastlaşa biləcəyimiz müxtəlif problemlərlə bağlı suallar verildi və belə vəziyyətlərə necə reaksiya verə biləcəyimiz soruşuldu. Ümumilikdə sualların məzmunundan razı qaldım.
 

Mənə xüsusilə çətin və ya qeyri-ixtisasla bağlı fərqli bir sual verilmədi. Hamısından razı qaldım və düşünürəm ki, suallara yaxşı cavab vermişəm. İnşallah, nəticəm də müsbət olar. Nəticəmi müsbət gözləyirəm. İnşallah, Tovuz rayonunda məktəbdə fəaliyyətə başlayacağam. Gələcək fəaliyyətimi Tovuz rayonunda davam etdirəcəyəm.


Ümumilikdə müsahibə mərhələsi məni qane etdi. Hər şeydən razı qaldım. Həyəcan, əlbəttə, oldu, amma bu normaldır. Lakin qeyd etdiyim kimi, müəllimlərin bizə münasibəti o qədər müsbət, rahat və gülərüz oldu ki, müsahibə zamanı həyəcanım da azaldı.

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərə tövsiyəm odur ki, müsahibəni gözlərində böyütməsinlər. Gərgin bir vəziyyət və ya gərgin bir mühit kimi təsəvvür etməsinlər. Çünki burada münasibət çox müsbətdir, hamı bizi çox nəzakətlə və gülərüz qarşılayır. Ona görə də namizədlərin özlərini əvvəlcədən gərginliyə salmasına heç bir əsas yoxdur. Rahat olsunlar, özlərinə güvənsinlər və müsahibəyə normal şəkildə yanaşsınlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

End of content

No more pages to load

RADİO