Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gur, sıx saçlar qadının gözəlliyi hesab olunur. Saçlarını özünün sərvəti hesab edən qadınlar saçı seyrəlməyə başlayanda narahat olur, dərhal müxtəlif vasitələrlə qarşısını almağa çalışırlar. Bəzən bu proses təbii yaşlanma prosesi, bəzən isə ciddi xəstəliklə əlaqəli olur.

Amma son vaxtlar bu iki səbəbdən də başqa – hər hansı ciddi xəstəliyi olmayan gənc qadınlarda da saç seyrəlmələri hətta keçəlləşmə gedir ki, bu da qadın üçün qəbuledilməzdir, hətta çox böyük sarsıntıdır.

Elmi dildə alopesiya adlanan qadınlarda keçəlləşmənin səbəbi nədir? Getdikcə artan şikayətlərin arxasında gizli səbəblər varmı?

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən trixoloq Gülnarə Hacıyeva qadınlarda saç tökülməsinin səbəblərinin bir çox daxili və xarici problemlərlə əlaqədar olduğunu bildirdi.

Onların bəzilər həm qadınlar, həm də kişilər üçün eyni dərəcədə aktualdır. Məsələn, saç follikullarının təbii qocalması və genetik olaraq tökülməsi hər iki cinsdə yaşla bağlı olur. Amma qadın alopesiyasını tətikləyə biləcək digər amillər də var:

Ən böyük səbəbi hormonal pozulmalardır

“Günümüzdə qadın keçəlliyinin geniş yayılmasının ən böyük səbəbi hormonal pozulmalardır. Bu gün qadınların əksəriyyətində testosteron artımı müşahidə olunur və çoxları da buna barmaqarası baxır. Hormonal balansı qorumaq lazımdır. Əslində bu çağırışım hər iki cinsə aiddir, təbiətin nizamını pozmaq olmaz. Bəzən ən kiçik hormonal dəyişiklik sonra geri dönüşü olmayan problemlərə gətirib çıxarır”.

Həkim diqqətə çatdırdı ki, alopesiyanın ümumi səbəblərindən biri də tiroid xəstəliyidir. T3 və T4 hormonlarının çatışmazlığı saç follikulunun funksiyasını pozur. Bəzi vitamin qrupu çatışmazlığı da kəskin saç tökülməsinə səbəb ola bilər.

Follikullar nə vaxt “təqaüdə” çıxır?

“Vitaminlər saç follikulunun əmələ gəlməsində və normal fəaliyyətində iştirak edirlər. Bir qadın ciddi bir pəhriz saxlayırsa, məsələn çörəkdən və digər unlu məmulatlardan tədricən deyil, qəfil imtina edirsə, diffuz alopesiya ilə qarşılaşa bilər. Bu, normal saç böyümə dövrünün pozulduğu və follikulların vaxtından əvvəl “təqaüdə” getdiyi bir vəziyyətdir”.

Bundan başqa, əsəbilik və digər stresli vəziyyətlər kortizolun ifrazını və diffuz alopesiyanı artıra biləcək amillərdəndir.

Xarici amillər, yəni saç boyama, saç yığımı da folikulların məhvinə səbəb olur. Saçların rənginin tez-tez kəskin dəyişdirilməsi, sıx at quyruğu saç diblərində gərginlik yaradır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO