İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan və ya vannadan sonra dəridə güclü qaşınmanın yaranması bəzi hallarda qan xəstəliklərinin, o cümlədən polisitemiya vera adlı nadir qan xərçənginin əlamətlərindən biri ola bilər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, “Mayo Clinic” mütəxəssisləri polisitemiya veranın sümük iliyinin həddindən artıq eritrosit istehsal etməsinə səbəb olduğunu bildirirlər.

Nəticədə qan qatılaşır və onun damarlarla hərəkəti yavaşıyır. Bu isə qan laxtalarının yaranması kimi ciddi fəsadların riskini artıra bilər.

Bu xəstəliyin diqqət çəkən əlamətlərindən biri, xüsusilə isti duş və ya vannadan sonra güclənən dəri qaşınmasıdır. “Mayo Clinic” isti suyun belə qaşınmanı artıra biləcəyini qeyd edir və simptomu olan xəstələrə çox isti duş və vannalardan uzaq durmağı tövsiyə edir.
Başqa hansı əlamətlər ola bilər?
 

Polisitemiya vera uzun müddət heç bir simptom vermədən inkişaf edə bilər. Xəstəliyin mümkün əlamətləri arasında baş ağrısı, başgicəllənmə, yorğunluq, görmənin bulanması, nəfəs darlığı, əl və ayaqlarda keyimə və yanma hissi, dalağın böyüməsi, burun və diş əti qanaxmaları da göstərilir.


Bununla belə, duşdan sonra qaşınma avtomatik olaraq xərçəng demək deyil. Dərinin quruluğu, allergiya və digər dəri xəstəlikləri də qaşınmaya səbəb ola bilər. “Mayo Clinic” qaşınmanın iki həftədən çox davam etməsi, qəfil və səbəbsiz başlaması, bütün bədəni əhatə etməsi və ya arıqlama, hərarət və gecə tərləməsi kimi başqa simptomlarla müşayiət olunması halında həkimə müraciət etməyi məsləhət görür.

Belə hallarda səbəbi yalnız tibbi müayinə və qan analizləri ilə müəyyənləşdirmək mümkündür. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

End of content

No more pages to load

RADİO