Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) isveçrəli Canni İnfantinonun namizəd olduğu təqdirdə, FİFA prezidentliyinə seçkilərdə onun namizədliyini dəstəkləməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA prezidentinin seçkilərinin 2027-ci ilin martında Rabatda keçirilməsi planlaşdırılır.
“FİFA-nın hazırkı prezidenti yenidən namizəd olmaq qərarına gəlsə, UEFA tərəfdaş konfederasiyalarla birlikdə üzv assosiasiyalara dürüstlük, hesabatlılıq, inkişaf və real institusional dəyişiklik prinsiplərinə sadiq olan layiqli alternativ təklif etmək üçün səylərini birləşdirəcək”, – deyə açıqlamada bildirilib.
Bizim.Media