Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, idarəetmədən çıxan BMW markalı avtomobil əvvəlcə "Toyota"ya, "Kia"ya, sonra isə "Opel" markalı minik maşınına çırpılıb.
BMW daha sonra aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisənin səbəbi və qəzanın təfərrüatları araşdırılır.
Bizim.Media