Çində böyük bir evlilik fırıldaqçılığının üstü açılıb. İki qadın 19 kişi ilə “evlənərək” onları aldadıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “South China Morning Post” qəzeti yazıb.
Qadınlar əsasən Çinin şimal-qərbində - Qansu və Daxili Monqolustanda fəaliyyət göstərib. Qurbanlar kənd yerlərində yaşayan 20-40 yaş arası kişilər olub.
Qadınlar kişiləri rəsmi nikah bağlamadan evlənməyə çağırıblar. Dolandırıcılar bu hiylədən istifadə edərək onlardan ümumi dəyəri 2 milyon yuandan çox olan hədiyyə alıblar.
Dələduzluq isə belə açılıb. 35 yaşlı bir kişi internetdə canlı olaraq toy mərasimini izləyib. Gəlinin onun həyat yoldaşı olduğunu görəndə şoka düşüb və dərhal bu haqda polisə xəbər verib.
Kişi deyib ki, arvadı evliliklərinin iki ayında cəmi 10 gün evdə olub, sonra isə başqa əyalətdəki valideynlərinə baş çəkmək üçün icazə alıb.
Evlilik fırıldaqçılarının tutulmasından sonra 2019-cu ildən bəri ən azı 19 kişinin qurbana çevrildiyi ortaya çıxıb.
Bizim.Media