Rusiyanın Perm vilayətində məktəbli qızlar “TikTok” üçün video çəkmək istəyərkən fermanı yandırıb.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, ümumi çəkisi 195 ton olan ot bağlamasına od vurublar.
Odu söndürə bilməyən qızlar hadisə yerindən qaçıblar. Yanğın 195 ton ot bağlaması ilə birlikdə fermanı da məhv edib.
Mülkiyyətə dəyən ziyan 150 min rubl olaraq qiymətləndirilib. Hər iki məktəbli daha sonra polis tərəfindən saxlanılıb.
Bizim.Media