Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər?

Çin doğum nisbətinin kəskin azalması və əhalinin sürətlə qocalması ilə üzləşir. Pekin qadınları uşaq dünyaya gətirməyə çağırıb və büdcədən onlara ev və vergi güzəştləri təklif edib. Si Cinpinin başçılıq etdiyi partiya qadınları vətənpərvər olmağa, “yaxşı arvad və ana” rolunu öz üzərinə götürməyə və “milləti cavanlaşdırmağa” səsləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb. 

Rusiyanın "rbc.ru" saytı isə Çinin bu vəziyyətə necə düşdüyünü, demoqrafik böhranla necə mübarizə apardığını və hətta “bir ailə, bir uşaq” siyasətindən əl çəkməyin niyə kömək etmədiyini araşdırmağa çalışıb:

"Ötən ilin yanvarda Hindistan əhalinin sayına görə Çini ötüb. Hazırda onun əhalisi 1,417 milyard nəfər olub. Bu da Çindən 5 milyon nəfər çoxdur. Sonuncuda isə bu rəqəm 1,412 milyarddır.


BMT-nin proqnozuna görə, yaxın illərdə Hindistanın Çinlə fərqi daha da artacaq.

"Pew Research Center" Araşdırma Mərkəzi 1950-ci ildən bəri Çinin dünyanın ən böyük əhalisinə sahib olduğunu söyləyib. İndi isə azalma tendensiyası göz qabağındadır.

Çində doğum səviyyəsi son beş ildə sürətlə azalıb. 2022-ci ildə ümumi doğuş nisbəti bir qadına 1,15 uşaq olaraq qiymətləndirilir ki, bu da əvvəlki onilliklərdən xeyli aşağıdır.


Reproduktiv yaşda olan qadınların sayı durmadan azalsa da, əhalinin qocalması sürətlənir. 2021-ci ildə Çin əhalisinin 14,2%-i 60 yaşdan yuxarı olub. 

Əhalinin qocalması ölüm hallarının artmasına, demoqrafik artımın daha da yavaşlamasına səbəb olur. BMT-nin proqnozuna görə, 2040-cı ilə qədər Çində 60 yaşdan yuxarı insanların sayı 28%-ə çatacaq.

Ötən əsrdə Çin, əksinə, yüksək doğum göstəriciləri ilə mübarizə aparıb. Həddindən artıq əhali problemini həll etmək üçün ölkə hətta 1979-cu ildə “bir ailə, bir uşaq” siyasətini həyata keçirməyə başlayıb və bu siyasət əksər ailələr üçün uşaqların sayını məhdudlaşdırıb. İki və ya daha çox uşağı olan cütlüklər cərimələnib.


Demoqrafik təcrübə öz nəticəsini verib. 2007-ci ilə qədər Çin rəsmilərinin hesablamalarına görə, bu tədbir ölkə əhalisinin 400 milyon nəfər artmasının qarşısını alıb.

Uğurlu siyasətdən sonra tədbirlər yumşaldılıb. 2015-ci ildə çinlilərə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verilib. Ancaq indi reproduktiv yaşda olan qadınlar artıq uşaq dünyaya gətirmək istəmirlər.

Nəhayət, çinli qadınların uşaq sahibi olmaq istəməsinə mane olan başqa bir səbəb mürəkkəb boşanma prosesidir.


2021-ci ilin fevral ayında hökumət son boşanmadan əvvəl 30 günlük fasilə tələb edən bir qayda tətbiq edib.

İndiana Universitetinin professoru Ethan Miçelsonun araşdırmasına görə, qadınların verdiyi ərizələrin təxminən 80%-i ilk iclasda hakim tərəfindən rədd edilib. Hətta məişət zorakılığı hallarına dair sübutlar belə qərara təsir etməyib. Professor boşanma ilə bağlı 150 minə yaxın məhkəmə qərarını araşdırıb".






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

Dünyanın ən varlı 10 insanı açıqlandı

Dünyanın ən varlı 10 insanı açıqlandı

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş tarixi hadisələr

Sentyabrın ən şanslı 5 BÜRCÜ

Sentyabrın ən şanslı 5 BÜRCÜ

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Bu yayın ən çox transfer edən klubları bilindi

Bu yayın ən çox transfer edən klubları bilindi

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

End of content

No more pages to load

RADİO