Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə növbəsində çalışan işçilərin əməkhaqqına əlavə ödənişlərin hesablanması və onların hansı hallarda gecə işinə cəlb edilə bilməsi qanunvericiliklə tənzimlənir.

Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, xüsusilə xəstəxana, aptek, nəqliyyat, təhlükəsizlik və fasiləsiz fəaliyyət göstərən digər sahələrdə gecə saatlarında çalışan şəxslər üçün xüsusi əmək qaydaları və ödəniş mexanizmləri tətbiq olunur.
 

Əmək qanunvericiliyinə əsasən, gecə vaxtı görülən işə görə əməkhaqqına əlavə hesablanmalıdır. Bununla yanaşı, bəzi işçi kateqoriyalarının gecə növbəsinə cəlb edilməsi məhdudlaşdırılır.


Yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilmir. Əlilliyi olan işçilər, hamilə qadınlar, 14 yaşınadək uşağı olan qadınlar və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslər isə yalnız müəyyən şərtlər və razılıq əsasında gecə işinə cəlb edilə bilərlər.

Gecə vaxtı görülən işə görə ödəniş də adi iş saatlarından fərqlənir. Əməkhaqqına əlavə ödəniş əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutula bilər, lakin qanunvericiliklə müəyyən edilmiş minimum həddən aşağı olmamalıdır.

Bəs gecə növbəsində çalışanların maaşına neçə faiz əlavə hesablanır?

Müəyyən edilmiş qaydalara görə, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi həcmində əlavə haqq ödənilir.
 

Çoxnövbəli iş rejimində isə əlavə ödəniş növbənin vaxtından asılı olaraq dəyişir. Belə ki, axşam növbəsində çalışan işçiyə saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində çalışan işçiyə isə 40 faizi həcmində əlavə haqq müəyyən edilir.


Məsələn, işçinin saatlıq tarif maaşı 5 manatdırsa, gecə vaxtı görülən işin hər saatına görə 1 manat əlavə ödəniş hesablanır. Çoxnövbəli iş rejimində gecə növbəsi üçün isə 40 faizlik əlavə tətbiq edildikdə bu məbləğ 2 manat təşkil edir.

Qanunvericiliyin tələblərinin pozulması işəgötürən üçün məsuliyyət yarada bilər.

Gecə əməyinə görə əlavə ödənişin verilməməsi və ya işçinin qanunvericiliyin tələblərinə zidd şəkildə gecə növbəsinə cəlb edilməsi ilə bağlı əmək mübahisəsi yarandıqda işçi aidiyyəti dövlət qurumlarına müraciət edə bilər.

Qeyd edək ki, işçi ödənilməmiş əlavə haqqın tələb edilməsi və pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

End of content

No more pages to load

RADİO