ABŞ Silahlı Qüvvələri sentyabrın 1-də İrana edilən hücumlar zamanı toy mərasiminə zərbə endirilməsi və 4 nəfərin həlak olması barədə xəbərlərin araşdırılmasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə CENTCOM nümayəndəsi Hokins açıqlama yayıb.
"Biz İran dövlət mediasında yayılan bu məlumatlardan xəbərdarıq və onları yoxlayırıq. SEPAH-dan fərqli olaraq, ABŞ hərbçiləri heç vaxt mülki şəxsləri hədəf almır", — deyə Hokins bildirib.
Onun sözlərinə görə, vurulan hədəflər sırasına hava hücumundan müdafiə obyektləri, radiolokasiya sistemləri və dəniz vasitələri daxil olub.
Bundan əvvəl İran mediası ölkənin cənubundakı Hörmüzqan əyalətində toy mərasiminə üç raketlə zərbə endirildiyini xəbər vermişdi.
Medianın məlumatına görə, hadisə nəticəsində ən azı 4 nəfər həlak olub, onlarca insan isə yaralanıb.
Bizim.Media