Moskva istiqamətində uçan 10 pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “MAX” sosial şəbəkəsindəki kanalında bildirib.
“Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan 10 PUA-nı məhv edib. Təcili xidmətlərin əməkdaşları PUA qalıqlarının düşdüyü ərazilərdə işləyirlər”, - deyə mer diqqətə çatdırıb.
Bizim.Media