İspaniyanın Kuenka (Cuenca) əyalətində yerləşən, təxminən 200 nəfərlik əhalisi olan Santa Kruz de Moya kəndi azalan əhalisini artırmaq üçün hərəkətə keçib.
Bizim.Media xəbər verir ki, kəndin bələdiyyə sədri Virgilio Anton əhalini artırmaq üçün qeyri-adi bir çağırış edib.
Anton paylaşdığı videoda kənddə həm boş mənzillərin, həm də işləmək istəyənlər üçün vakant iş imkanlarının olduğunu qeyd edib.
Bələdiyyə sədri kənd yerlərinin iş və əsas xidmətlərdən məhrum olması ilə bağlı formalaşan yanlış təsəvvürlərin əksinə olaraq, Santa Kruz de Moyada məktəb, səhiyyə xidmətləri və sosial imkanların mövcudluğunu xüsusi vurğulayıb.
Turia Kanyonunun mənzərəsinə sahib olan bu kənd sakit və təbiətlə iç-içə həyat axtaranlar üçün böyük bir alternatividir. Böyük şəhərlərdən fərqli olaraq mənzil sıxıntısının yaşanmadığı Santa Kruz de Moyada təmir olunaraq kirayəyə verilməyi gözləyən çoxlu sayda boş ev var.
Bələdiyyə sədri Anton bu vəziyyətin xüsusilə məsafədən (onlayn) çalışanlar, sərbəst peşə sahibləri (freelancer) və daha sakit həyat arzulayan ailələr üçün mühüm fürsət olduğunu bildirib.
Kənd iqtisadiyyatının əsasını kənd təsərrüfatı, hayvandarlıq, badam və zeytun yağı istehsalı, həmçinin meşəçilik təşkil etsə də, bəzi sahələrdə ciddi işçi qüvvəsinə ehtiyac duyulur. Xüsusilə tikinti ustaları, elektrikilər, santexniklər, yaşlılara qulluq heyəti və ixtisaslı mütəxəssislərə böyük tələbat var. (musavat.com)
Bizim.Media