"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı azalıb.

Bizim.Media "Global Stats" Statistika Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, 2026-cı ilin avqust ayının yekunlarına əsasən, "Android" əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 13,09 faiz bəndi azalaraq 47,25% təşkil edib.

Qeyd olunur ki, "Android" Azərbaycanın əməliyyat sistemləri bazarında liderliyini qoruyub. Populyarlığına görə ikinci yerdə "Microsoft Windows" qərarlaşıb. Bu əməliyyat sisteminin payı əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azalaraq 24,7%-ə düşüb.

Üçüncü yerdə 13,59% bazar payı ilə "macOS" qərarlaşıb. İyul ayı ilə müqayisədə bu göstərici 12,19 faiz bəndi artıb.

"Global Stats"ın məlumatına görə, 2026-cı ilin avqust ayının yekunlarına əsasən, "Android" dünya üzrə axtarış xidmətləri bazarında da liderliyini qoruyub. İkinci yerdə "Microsoft Windows", üçüncü yerdə isə "iOS" qərarlaşıb.

Qeyd edək ki, "Android"in saytında dərc olunan məlumata görə, sentyabrın 1-də "Google Android Studio Quail 4"ün stabil versiyasının buraxıldığını elan edib. Bildirilir ki, bu, "Android Studio"nun sözügedən versiyasının istehsal məqsədli proqram təminatının hazırlanmasında istifadəsi üçün nəzərdə tutulan yekun stabil buraxılışıdır.
 

“Mühüm yeniliklərdən biri birbaşa "Android Studio"ya inteqrasiya edilmiş "Android Skills" funksiyasının istifadəyə verilməsidir. Bu, "Android" komandası tərəfindən hazırlanmış və süni intellekt agentinə platformaya xas tapşırıqların yerinə yetirilməsində kömək edən təlimatlar toplusudur. Buraya "Android Gradle Plugin"in yenilənməsi, tətbiqlərin profilləşdirilməsi, "Navigation 3" ilə iş və interfeysin müxtəlif cihazlara uyğunlaşdırılması kimi tapşırıqlar daxildir.


Ümumilikdə, "Android Studio"da 23 belə bacarıq əvvəlcədən yüklənib.

Bundan əlavə, "Android Studio Quail 4 Google"un açıq modeli olan Gemma 4 ilə daxili inteqrasiya əldə edib. Tərtibatçılar üçüncü tərəf həllərini qoşmağa ehtiyac olmadan kod yazarkən kömək məqsədilə lokal modeldən istifadə edə bilərlər. Google bildirir ki, kiçik modelləri işə salmaq üçün 12 GB operativ yaddaşa malik kompüter kifayətdir, optimal iş üçün isə 32 GB və daha çox operativ yaddaş tövsiyə olunur”, - deyə Android-in məlumatında bildirilir. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

End of content

No more pages to load

RADİO