Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya Federasiyası və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb.
Rusiya və Belarusla təmas və mədəni əməkdaşlıq qadağası 2022-ci ilin martında qüvvəyə minib. Keçmiş nazir Natalya Milanova bu addımı Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləmək məqsədilə atdığını açıqlayıb.
Bizim.Media