Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə anonim xəbərə görə iki saat gecikib.
Bizim.Media xəbər verir ki, bu barədə “Birinci Kanal” TAV Georgia hava limanlarını idarə edən şirkətə istinadən məlumat yayıb.
Bildirilib ki, yanvarın 20-də axşam saatlarında bomba barədə məlumat verilib və istehkamçılar hadisə yerinə gəlsələr də, partlayıcı qurğu tapmayıblar.
Qeyd edilib ki, yalan məlumat verən şəxsi Gürcüstan qanunvericiliyinə əsasən, inzibati cəza gözləyir.
Bizim.Media