Xəbər verdiyimiz kimi İsrail ordusu Suriyanın Dəməşq şəhərinə zərbə endirib, zərbə nəticəsində SEPAH üzvü öldürülüb, yaralılar var.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələrin nəticəsində ölüb.
Bundan əlavə İran zabitlərinin qaldığı 4 mərtəbəli bina tamamilə dağılıb.
Bizim.Media