Rusiyada 2026-cı ildə tamamilə pilotsuz qatar dövriyyəyə buraxılacaq. 2024-cü ilin yayında isə Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, Moskvada, Mərkəzi Halqada bu ilin yayında 3A səviyyəsində pilotsuz idarəetmə qatarı işə salınacaq. Növbəti mərhələdə tamamilə pilotsuz qatarı 2026-cı ildə dövriyyəyə buraxmaq planlaşdırılır.
Bizim.Media