Çinin Henan əyalətinin Nanyang şəhəri yaxınlığındakı Yanşanpu kəndindəki yataqxanada yanğın baş verib.
Bizim.Media xəbər verir ki, Çin Mərkəzi Televiziyası və Sinxua Xəbər Agentliyi bu barədə məlumat yayıb.
Məktəb yataqxanasında baş verən yanğında 13 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Məhərrəm Əliyev, Bizim.Media