Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda PKK/KCK-nın əsas üzvlərindən sayılan “Eriş Berxvedan” kod adlı Sadiq Şeyx Əhmədi zərərsizləşdirilib.
Bizim.Media bu barədə TRT Haber-ə istinadən xəbər verir.
Bildirilib ki, MİT Süleymaniyə şəhərində əməliyyatı keçirib. Zərərsizləşdirilən şəxsin Türkiyəyə qarşı təxribat planı hazırladığı qeyd olunub.
Məhərrəm Əliyev. Bizim.Media