Rusiyada müharibəyə “könüllü” adıyla cəlb edilməsi üçün minlərlə miqrant SAXLANILIB 

Sankt-Peterburq polisi dekabrın 31-i axşam və yanvarın 1-nə keçən gecə miqrantların kütləvi saxlanmasını həyata keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Novaya Qazeta Yevropa” Daxili İşlər Nazirliyinin Ekstremizmlə mübarizə üzrə Baş İdarəsindəki mənbəsinə istinadən məlumat yayıb. 

Mənbənin bildirdiyinə görə, saxlanılmalar “Əzəmət” əməliyyatı çərçivəsində həyata keçirilib.

Miqrantlar həm Sankt-Peterburq küçələrində, həm də yaşadıqları mənzillərdə və yataqxanalarda saxlanılıb. Əməliyyat zamanı polis reyd keçirdikləri əraziləri mühasirəyə alıb.

Nəşr iddia edib ki, polis Şaxta baba və Qar qız geyimində kordondan keçməyə çalışan təxminən 30 nəfərdən ibarət bir qrupu yaxalayıb. 

Şəhərin “Fontanka” nəşrinin məlumatına görə, polis üç minə yaxın adamı saxlayıb. “Novaya qazeta Yevropa” yazıb ki, tutulanların sayı “daha çoxdur”: kişilərlə yanaşı qadınlar və uşaqlar da yaxalanıb. Saxlanılan kişilər polis şöbələrinə, qadınlar və uşaqlar isə Krasnoye Selodakı xüsusi təcridxanaya yerləşdirilib. 
“Novaya qazeta Yevropa” nəql edib ki, yanvarın 1-də səhər saatlarında saxlanılanların çoxuna hərbi komissarlıqların nümayəndələri baş çəkib və onları orduya “könüllü” kimi yazılmağa dəvət ediblər. İnsanları ailələrinin Rusiyadan qovulacağı ilə təhdid ediblər. Nəşr yazıb ki, onlara Rusiya vətəndaşlığını qısa müddətdə almaq təklif edilib. Nəşrin məlumatına görə, azı 1 500 insan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razılaşıb. 

Xatırladaq ki, son aylar Moskva Mərkəzi Asiya ölkələrindən olan mühacirlərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq müqabilində tez vətəndaşlıq almağı təklif etməkdə fəallaşıb.

Bundan başqa, reydlər zamanı polis Rusiya vətəndaşlığı almış miqrantları saxlayıb hərbi komissarlığa aparır. 

Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova 2023-cü ilin noyabrında bildirib ki, Rusiyada 6,4 milyon xarici vətəndaş var, onların əksəriyyəti işləmək üçün ölkəyə gəlib. Rusiyaya əmək miqrantlarının axınına görə Qırğızıstan, Özbəkistan və Tacikistan liderdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Salyan qəzasında xəsarət alanların SON durumu

Salyan qəzasında xəsarət alanların SON durumu

Qızı Lalə Azərtaşı sevindirdi

Qızı Lalə Azərtaşı sevindirdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Yaxın 2 gündə hava necə olacaq?

Yaxın 2 gündə hava necə olacaq?

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin

Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olundu

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olundu

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Avqustun ən isti günü AÇIQLANDI

Avqustun ən isti günü AÇIQLANDI

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Messinin varisi o oldu

Messinin varisi o oldu

End of content

No more pages to load

RADİO