Son iki gündə Yaponiyada 155 yeraltı təkan qeydə alınıb

Son iki gündə Yaponiyada 155 yeraltı təkan qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi açıqlama yayıb.

Bu göstəriciyə yanvarın 1-də ölkənin mərkəzi hissəsindəki İşikava prefekturasının sahil sularında qeydə alınan 7,6 bal gücündə dağıdıcı zəlzələ də daxildir. 

Yaponiya mediasının məlumatına görə, episentri prefekturanın Noto yarımadası yaxınlığında olan zəlzələ nəticəsində ölənlərin sayı 57-yə çatıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Təbii fəlakət bölgəsində xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Zəlzələnin infrastruktura vurduğu zərərə görə 16 şəhərin su təchizatı dayanıb. İçməli su sakinlərə nəqliyyat vasitələri ilə çatdırılır. 
Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub.

Agentlik yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanların ola biləcəyini açıqlayıb. Agentlik vətəndaşlara ehtiyatlı olmağı, sahil və çaylardan uzaq durmağı, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyəni tövsiyə edir. Suzu şəhərində evlərin 90 faizi zərər görüb. 

Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına və axtarış-xilasetmə işlərinə Yaponiya özünümüdafiə qüvvələrinin şəxsi heyəti də cəlb olunub.

Yanvarın 2-də Tokionun “Haneda” beynəlxalq hava limanında sərnişin təyyarəsi ilə toqquşan və 5 ekipaj üzvü həlak olan Yaponiya özünümüdafiə qüvvələrinin sahil mühafizə bölmələrinə məxsus təyyarə də zəlzələ bölgəsinə lazımi ləvazimatları çatdırmaq üçün uçuşa hazırlaşmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Salyan qəzasında xəsarət alanların SON durumu

Salyan qəzasında xəsarət alanların SON durumu

Qızı Lalə Azərtaşı sevindirdi

Qızı Lalə Azərtaşı sevindirdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Yaxın 2 gündə hava necə olacaq?

Yaxın 2 gündə hava necə olacaq?

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin

Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olundu

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olundu

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Avqustun ən isti günü AÇIQLANDI

Avqustun ən isti günü AÇIQLANDI

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Messinin varisi o oldu

Messinin varisi o oldu

End of content

No more pages to load

RADİO