Estoniyada yanvarın 1-də cinsindən asılı olmayaraq iki yetkin şəxs arasında nikahın mümkünlüyünü nəzərdə tutan qanun qüvvəyə minib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, sənəd eynicinsli nikahlara icazə verir.
Mart ayında eynicinsli nikahların qeydiyyatı ilə bağlı qanun layihəsi Ukrayna Ali Radasına da təqdim edilib.
Təşəbbüs parlament tərəfindən təsdiqlənərsə, eynicinsli cütlüklərin hüquqları qanunvericilikdə təsbit ediləcək. Söhbət qarşılıqlı hüquq və öhdəliklər, əmlaka sahiblik, vərəsəlik, sosial müdafiə məsələləri, tərəfdaşın ölümü və ya itkin düşməsi zamanı hüquqlardan gedir.
Bizim.Media