İsrail ordusunun bir hissəsini Qəzza zolağından çıxaracaq.
İsrail ordusu qurudan hücumda iştirak edən beş döyüş briqadasını Qəzza zolağından çıxarmaq üzrədir.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun radiosu bildirib ki, qərar “vəziyyətin və hərbi əməliyyatların gedişatının qiymətləndirilməsi” əsasında qəbul edilib.
Bildirilib ki, üç təlim briqadası ilə yanaşı, 551-ci və 14-cü ehtiyat briqadaları da İsraildəki bazalarına qayıdacaq.
Yenidən qruplaşma, eləcə də İsrail hərbi rəhbərliyində kadr dəyişiklikləri ordunun döyüşlərin davam edəcəyi gözlənilən 2024-cü ilə hazırlığı çərçivəsində həyata keçirilir.
Bizim.Media