Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsindən 3 minə yaxın xarici vətəndaş polis idarələrinə aparılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılanların 600-dən çoxu miqrasiya qanunvericiliyinin müxtəlif pozuntuları ilə Rusiyada olub.
Onların hamısı inzibati protokol şəklində cəzalandırılıb.
Məlumata görə 100-dən çox insan Rusiya Federasiyasından çıxarıla bilər.
Bizim.Media