Gürcüstan yeni siyasi eraya qədəm qoyur

Sabah Gürcüstanda parlament seçkiləri keçirilir. Bu gün səhər saat 8-dən bütün təbliğat vasitələrində sükut elan olunub.

Bu parlament seçkilərinin özəlliyini şərtləndirən ən vacib məsələ yeni millət vəkillərinin ölkə prezidentini seçmək hüququdur. Yeni parlamentin işə başladığı andan Gürcüstanda ümumxalq səsvermə yolu ilə prezident seçkilərinin keçirilməsi tarixin arxivinə qovuşur, ölkə yeni eraya qədəm qoyur.

Ona görə də parlament seçkilərinin çox qızğın ortamda keçəcəyi gözlənilir. Gürcüstanlı analitiklərin fikrincə, kəskin mübarizə iki partiya:

Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakim "Gürcü arzusu" və Mixeil Saakaşvilinin müxalifətdə olan "Milli Hərəkat" partiyaları arasında olacaq.

Qarışıq sistemlə 120 deputatın proporsional, 30 deputatın majoritar qaydada seçiləcəyi seçkilərdə 40%- dən çox səs ala bilməyən partiya Gürcüstanda təkbaşına hökumət qura bilməyəcək. Seçki baryeri isə 5 faizdən 1 faizə qədər azaldılıb. Cəmi 1 faiz səs toplayan partiya öz deputatını parlamentə keçirmə şansı qazanacaq.

Seçki kampaniyasındakı göstəricələrə görə, ekspertlər düşünürlər ki, "Milli Hərəkat" Partiyasının səs toplamaq imkanları səsvermədə iştirak edən seçicilərin səsinin 40 faizi civarında ola bilər. Bu da pis göstərici hesab olunmur. Saakaşvilinin partiyası digər muxalif partiyalarla koalisiya yaratmaq şansını da özündə saxlayır.

Amma Fransanın “İpsos” şirkətinin son məlumatında seçkidə hakim "Gürcü arzusu" Partiyası 40 faizlik baryeri aşacaq. Şirkətin hesablamalarına görə, "Milli Hərəkat " Partiyasının güc göstəricisi isə 33 faiz təşkil edəcək.

Siyasi ekspert Zaur Məmmədov da Bizim.Media-ya açıqlamasında qeyd edir ki, hakim "Gürcü arzusu" Partiyası qalibiyyətə daha yaxındır. Eyni zamanda M. Saakaşvilinin də tərəfdarları kifayət qədərdir.

Güscüstandakı seçkilərin Azərbaycan üçün önəmini vurğulayan politoloq qeyd edir ki, Gürcüstan həm qonşumuz, həm də Azərbaycanla Avropanı birləşdirən xətt üzərində yerləşir:

“Azərbaycan üçün Gürcüstanda qütbləşmə, vətəndaş qarşıdurması arzuolunmazdır. Sabitliyin olması vacibdir. Çünki Gürcüstan Azərbaycanın yanındadır və Rusiyadan Ermənistana gedən hərbi xarakterli uçuşlara qadağa qoyması ilə də bunu bir daha sübut etdi. Azərbaycan üçün əsas olan qalib gələn siyasi partiyanın Cənubu Qafqazda sabitlik uğrunda bizimlə birgə mübarizə aparmasıdır”.

Təranə Mirzəyeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəhranın öldüyü qəzada sürücünü HANSI CƏZA gözləyir?

Zəhranın öldüyü qəzada sürücünü HANSI CƏZA gözləyir?

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO