Türkiyənin iki böyük şəhəri - İstanbul və İzmirdə də yeraltı təkanlar qeydə alınıb.
Bizim.Media «Anadolu» agentliyinə istinadən xəbər verir ki,Türkiyə vaxtı ilə saat 14.51-də Ege Dənizində, İzmirin Seferihisar vilayətində zəlzələ baş verib. 6,6 bal gücündəki zəlzələnin ocağı 16,54 kilometr dərinlikdə olub. Ölən və yaralananlar var.
Qeyd edək ki, İstanbulda da yeraltı təkanlar baş verib. Dağıntı və tələfat haqqında məlumat verilməyib.
Bizim.Media