Xəbər verdiyimiz, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunan anlaşma memorandumunu imzalayıb.
Bizim.Media xəbər verir ki, İranın IRNA xəbər agentliyi sənədin imzalanma anının fotolarını paylaşıb.
Sənəddə həm İran Prezidentinin, həm də ABŞ Prezidenti Donald Trampın imzalarının yer aldığı diqqət çəkir.
Qeyd edək ki, sənədi ilk olaraq Tramp Fransanın Versal şəhərində imzalayıb. Daha sonra sənədin fotosu İran tərəfinə göndərilib və Pezeşkian da öz növbəsində Memorandumun farsca yazılmış mətnini imzalayıb.


Bizim.Media