Səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə kütləvi zərbələr endirilib.
Bizim.Media xəbər verir ki, Moskva meri şəhərə qarşı genişmiqyaslı PUA hücumunun baş verdiyini təsdiqləyib. Monitorinq kanallarının yaydığı məlumatlara görə, zərbələrdən biri Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavoduna (NEZ) dəyib.
Hadisə nəticəsində zavodun ərazisində güclü partlayış və yanğın qeydə alınıb. Dağıntıların və xəsarət alanların miqyası barədə dəqiq məlumatlar dəqiqləşdirilir.
Bizim.Media