Türkiyədə Şırnak-Cizrə şosesinin 25-ci kilometrliyində yolun sürüşkən olması səbəbindən hərbi avtomobil qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, maşının çevrilməsi nəticəsində avtomobildəki hərbçilərdən 11-i yaralanıb.
Mənbə yazır ki, yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Onların həyatının təhlükədə olmadığı bildirilir.
Bizim.Media