Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu gün Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 10 hərbçi ölüb, 3 hərbçi xəsarət alıb.
Bizim.Media