Roma Papası martın 5-də İraqa səfər edəcək.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Papa Fransisk özü məlumat verib.
"Tanrının izni ilə İraqa üçgünlük ziyarətinə gedəcəyəm. Çoxdandır əziyyət çəkən bu xalqla görüşmək istəyirdim. İbrahim diyarında digər dini liderlərlə möminlər arasındakı qardaşlıq yolunda irəliyə daha bir addım atacağıq"- deyə katoliklərin lideri söyləyib.
Frasisk Roma Papa II İohan Paveil də İraqa getmək arzusunda olduğunu, lakin onu reallaşdıra bilmədiyini də xatırladıb.
Bizim.Media