Nuru Paşa: “Kaş ölərdim, ancaq Azərbaycan türklükdən kənar qalmazdı” - Vəfatından 72 il ötür

Azərbaycanı erməni qüvvələri və bolşeviklərdən azad edən, Bakı fatehi, Qafqaz İslam Ordusunun komandanı, general-leytenant Nuru Paşanın vəfatından bu gün 72 il keçir.

Bizim.Media xatırladır ki, 1949-cu ilin martın 2-də İstanbuldakı silah fabrikində baş verən böyük partlayışda həlak olan Nuru Paşanın qəza, yoxsa sui-qəsd nəticəsində öldüyü indiyədək qaranlıq qalır.

Qeyd edək ki, Nuru Killigil 1890-cı ildə Osmanlı imperiyasının Monastır şəhərində (hazırkı Şimali Makedoniyanın Bitola şəhəri) anadan olub.

1909-cu ildə baş leytenant rütbəsi ilə Monastır Hərbi Məktəbini bitirib. Osmanlı ordusunda imperiyanın müxtəlif yerlərində xidmət edən Nuru Killigil 1911-ci ildə İtaliya-Osmanlı müharibəsinin iştirakçısı olub.

Birinci Dünya müharibəsində 1917-ci ilədək Benqazi və Tripoli istiqamətlərində xidmətdə olub, Britaniya, İtaliya və Fransa ordularına qarşı döyüşüb.

Ənvər Paşa Azərbaycan və Dağıstanın Osmanlıdan yardım istəməsi ilə qurduğu Qafqaz İslam Ordusunun komandanlığı qardaşı Nuru Paşaya verib.

1918-ci ilin mayın 25-də Azərbaycana gələn Qafqaz İslam Ordusuna bir neçə min nəfərdən ibarət azərbaycanlı əsgərlər də qoşulub.

Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik və erməni işğalından azad edən Qafqaz İslam Ordusu eyni ilin sentyabrın 15-də Bakını işğalçılardan təmizləyib. Bakı döyüşlərində Qafqaz İslam Ordusundan 1 130 nəfər şəhid olub.

Bakıda böyük coşqu ilə qarşılanan Nuru Paşa Təzəpir məscidində minbərə çıxaraq xalqa xitab edib. Sözügedən minbər “Nuru paşa minbəri” kimi tanınır və məsciddə qorunub saxlanılır.

Paşanın Gəncədə qonaq qaldığı ev də muzey olaraq fəaliyyət göstərir.

Mudros müqaviləsindən sonra Qafqaz İslam Ordusu Bakını tərk etməyə məcbur olub, Nuru Paşa isə ingilislər tərəfindən Batumidə həbs edilib.

Nuru Paşa 1919-cu ilin avqustun 8-də məhkəmə qarşısına çıxarılmaq üçün aparılarkən qafqazlıların köməyi ilə həbsdən qaçmağı bacarıb.

İşğaldan azad etdiyi Bakının daha sonra bolşeviklərin zəbt etməsi generalı sarsıdıb.

Azərbaycanlı mühacir Cabbar Ərtürk 1956-cı ildə yazdığı “Anayurdda unudulan türklük” adlı kitabında Nuru Paşanın bu mövzu ilə bağlı sözlərinə yer verib:

“Böyük qardaşım (Ənvər Paşa nəzərdə tutulut) şəhid olması ürəyimi necə sızlatdısa, Azərbaycanın işğalı da qəlbimi o qədər göynətdi. Qardaşım fani idi, Azərbaycandakı türklük isə əbədidir. Kaş ölərdim, ancaq Azərbaycan türklükdən kənar qalmazdı”. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycana gələn turistlər bu il nə qədər pul xərcləyib?

Azərbaycana gələn turistlər bu il nə qədər pul xərcləyib?

Perseid meteor yağışı olacaq – BU TARİXDƏ

Perseid meteor yağışı olacaq – BU TARİXDƏ

Nəfəs borusunda qida qalan körpə VƏFAT ETDİ

Nəfəs borusunda qida qalan körpə VƏFAT ETDİ

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edildi - FOTO

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edildi - FOTO

Universitetlərə ixtisas seçiminin VAXTI AÇIQLANDI

Universitetlərə ixtisas seçiminin VAXTI AÇIQLANDI

ATƏT-in sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

ATƏT-in sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Suraxanıda avtomobil neft quyusuna aşdı - VİDEO

Suraxanıda avtomobil neft quyusuna aşdı - VİDEO

DİQQƏT! Bakı metrosunda tikinti mərhələsi BAŞLAYIR – TARİX AÇIQLANDI - VİDEO

DİQQƏT! Bakı metrosunda tikinti mərhələsi BAŞLAYIR – TARİX AÇIQLANDI - VİDEO

"Quba Palace"da qolf turniri keçirildi -FOTOLAR - VİDEO

"Quba Palace"da qolf turniri keçirildi -FOTOLAR - VİDEO

Mütəxəssislər həyəcan təbili çalır: Ana südündən uzaqlaşma xərçəng RİSKİNİ ARTIRIR

Mütəxəssislər həyəcan təbili çalır: Ana südündən uzaqlaşma xərçəng RİSKİNİ ARTIRIR

Həyat yoldaşının xəyanət etdiyini öyrəndi, məscidin qarşısında boğazını kəsdi

Həyat yoldaşının xəyanət etdiyini öyrəndi, məscidin qarşısında boğazını kəsdi

Ukrayna ilk dəfə döyüşdə dronlarla daşınan robotlardan istifadə etdi

Ukrayna ilk dəfə döyüşdə dronlarla daşınan robotlardan istifadə etdi

Ceyhun Bayramov ATƏT-in sədrini belə qarşıladı – FOTO

Ceyhun Bayramov ATƏT-in sədrini belə qarşıladı – FOTO

Rusiya ötən gecə Ukraynanın hansı ərazilərinə zərbə endirib? – FOTO

Rusiya ötən gecə Ukraynanın hansı ərazilərinə zərbə endirib? – FOTO

Netanyahu Trampla fikir ayrılığını etiraf etdi

Netanyahu Trampla fikir ayrılığını etiraf etdi

İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb

İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb

Pakistan ABŞ və İran arasında gizli diplomatik vasitəçilik edir

Pakistan ABŞ və İran arasında gizli diplomatik vasitəçilik edir

Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına səs verə biləcəklər

Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına səs verə biləcəklər

Gələn aydan kimlərə kompensasiya ödəniləcək?

Gələn aydan kimlərə kompensasiya ödəniləcək?

Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi

Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi

“Uşaq qidalarına vergi və gömrük rüsumları azaldılmalıdır” – Deputatdan TƏKLİF

“Uşaq qidalarına vergi və gömrük rüsumları azaldılmalıdır” – Deputatdan TƏKLİF

Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

Taekvondo yığması dələduzların qurbanı oldu: Yarışa gedə bilmirlər – VİDEO

Taekvondo yığması dələduzların qurbanı oldu: Yarışa gedə bilmirlər – VİDEO

End of content

No more pages to load

RADİO