Rusiyanın hərbi müdaxiləsinin başladığı vaxtdan Ukraynada azı 501 uşaq öldürülüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel məlumat verib.
O bildirib ki, əsl rəqəm BMT-nin təsdiq etdiyindən xeyli yüksəkdir.
UNICEF-in icraçı direktoru əlavə edib ki, hərbi əməliyyatlar zamanı 1 000-ə yaxın ukraynalı uşaq yaralanıb.
Bizim.Media