Rusiya Federasiyasının Bryansk vilayətində hərbi komissarlığın binasına pilotsuz təyyarə ilə hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Sevski rayonundakı hərbi komissarlığın binasına ziyan dəyib.
Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
Bizim.Media